Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 23 Avqust xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir

23 avqust 2023 | 17:20
Tədbirində Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin rəis əvəzi polkovnik leytenant Tofiq Hüseynov, idarənin əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi Şəxsiyyətin ruhuna öz ehtramlarını bildirmişlər. Daha sonra tədbir idarənin inzibati binasında davam etdirilmişdir.
Tədbiri giriş nitqi ilə açan regional İdarəsinin rəis əvəzi polkovnik leytenant Tofiq Hüseynov onlara hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi. Xidmətin yaranma tarixi haqqında qısa məlumat verdi. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirmişdir.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra peşə bayramları münasibətilə idarənin xidmətdə fərqlənən bir qrup əməkdaşları Yevlax şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmişlər.
Keçidlər