Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd olunub

22 noyabr 2022 | 14:49
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Şəhər rəhbəri Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edib.
Yevlax rayonunun yerli hüquq mühafizə orqanlarının rəhbərləri ədliyyə işçilərini təbrik edərək ölkəmizin davamlı tərəqqisində və qanunun aliliyinin təmin olunması işlərində onlara uğurlar arzulamışlar.
Sonda xatirə şəkli çəkdirildi.
Keçidlər