Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir

22 noyabr 2024 | 12:20
Yevlaxda 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 22-ci Ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Yevlaxda ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev və rayonda fəaliyyət göstərən ədliyyə işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək, dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Keçidlər