Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir

21 noyabr 2025 | 15:27
Yevlaxda 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir
Yevlaxda 22 noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü və ədliyyə orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və ədliyyə işçiləri iştirak ediblər.
Tədbirdə öncə xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, Dahi Şəxiyyətin əziz xatirəsi ehtiramla anılıb.
Şəhər İcra Hakimiyyətində davam etdirilən tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulamışdır.İcra Hakimiyyətinin Başçısı Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan danışaraq qeyd etmişdir ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Yarandığı gündən zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 107 il ötür. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar nəticəsində mühüm struktur kimi formalaşan Azərbaycan ədliyyəsi Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Çıxış edən ədliyyə işçiləri ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək naminə üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklərini bildirdilər
Tədbirin sonunda peşə bayramları münasibətilə rayonda fəaliyyət göstərən bir qrup ədliyyə işçisi Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.
Keçidlər