Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib

20 yanvar 2024 | 12:52
Yevlaxda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib
Faciənin ildönümü ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da geniş şəkildə qeyd edilir. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamına əsasən Tədbirlər planı hazırlanıb və silsilə tədbirlər keçirilib.
Yanvarın 20-də Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Yevlax Şəhər Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərliyi, kollektivləri, şəhid ailələri,qazilər, müharibə veteranları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanında 20 Yanvar abidəsinin, eləcə də Şəhidlər abidəsinin önünə gül-çiçək dəstələri düzüblər. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.
Tədbir çərçivəsində Şəhər İcra Hakimiyyətinin Başçısı və Milli Məclisin deputatı Şəhid ailələri ilə görüşüb səmimi söhbət ediblər.
Keçidlər