Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilmişdir

19 yanvar 2026 | 21:15
Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilmişdir.
Rayonun ümumtəhsil məktəblərində, Yevlax Heydər Əliyev Mərkəzində, "Yevlax Gənclər Evi" Sosial Xidmət Müəssisəsində keçirilmiş tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş,Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yolun 1990-cı ilin 20 Yanvarından başlandığını,həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımızın sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdiklərini bildirmişlər. Çıxışlarda həmçinin 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixi üçün əhəmiyyətini vurğulanaraq bu hadisənin xalqımızın suverenliyi uğrunda mübarizə əzmini daha da möhkəmləndirdiyini qeyd edilmişdir. 20 Yanvar tarixi təkcə hüzn günü deyil, həm də milli birlik və azadlıq mübarizəsinin rəmzidir.
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin zirvələrindən biridir. Sovet rejiminin bütün təzyiqlərinə baxmayaraq, xalq geri çəkilməmiş, şəhidlərin qanı müstəqil Azərbaycanın bünövrəsinə çevrilmişdir. Bu faciə eyni zamanda sovet imperiyasının əsl mahiyyətini bütün dünyaya göstərmişdir.Həmin ağır günlərdə xalqın yanında cəsarətlə dayanan böyük şəxsiyyətlərdən biri Ulu Öndər Heydər Əliyev olmuşdur. 1990-cı il yanvarın 21-də Ulu Öndər Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq şəkildə pisləmişdir. O, həyatını riskə ataraq 20 Yanvar hadisəsinə siyasi və hüquqi qiymət vermiş, Azərbaycan xalqına mənəvi dayaq olmuşdur. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsinə nail olmuşdur. 1994-cü ildə Milli Məclisin qərarı ilə bu hadisə sovet rejiminin hərbi təcavüzü kimi tanınmışdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasına xüsusi diqqət yetirir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu faciə Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi tanındı. Eyni zamanda, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, Şəhidlər xiyabanının milli ziyarətgaha çevrilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.Bir sözlə, 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında Heydər Əliyevin xidmətləri misilsizdir. O, həm Sovet totalitar rejiminin ən sərt dövründə, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu kimi bu hadisəyə tarixi ədalət prizmasından yanaşdı. Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının yaddaşında deyil, beynəlxalq ictimaiyyətin şüurunda da qanlı imperiya cinayəti kimi yer aldı.
Bu gün biz müqəddəs məkana, Şəhidlər Xiyabanına alnı açıq, başı dik gedirik. Şəhidlərimizi qürurla anırıq. Çünki, onların da ruhu artıq şaddır. Ən böyük arzuları olan torpaqlarımız azaddır, suverendir. Şəhidlərimizin ən böyük arzusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusu reallaşdırdı. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazilərimiz erməni işğalından azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır.
Keçidlər