Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilmişdir

02 iyul 2024 | 13:51
Yevlaxda 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov, Yevlax rayon Prokuroru Ceyhun Almasov, DTX-nin Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, Yevlax rayon Məhkəməsinin hakimi Ruslan Əliyev, Yevlax rayon Polis Şöbəsinin şəxsi heyəti və polis veteranları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax Şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüş, Dahi Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Yevlax Rayon Polis Şöbəsində davam edən tədbirdə Dövlət Himni səslənmiş, Ümummilli Lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxunmuşdur.
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 106 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.
Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov çıxış edərək bildirmişdir ki, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət aparıblar.
Daha sonra çıxış edənlər rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan Polisinin 106 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Sonda 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.
Keçidlər