Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi
02 fevral 2023 | 11:18
Yevlaxda 2 Fevral Gənclər günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Gənclər idarələrinin kollektivləri və rayon gəncləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək, xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd etdi ki, bu gün qeyd etdiyimiz əlamətdar gün məhz Ulu Öndərimizin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Böyük tarixi şəxsiyyət dahi Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əvvəlki dövrün gəncliyi də, xüsusən 90-cı illərin əvvəllərinin gəncliyi də çox vətənpərvər, fədakar, dövlətinə və xalqına sıx bağlı insanlar idi. Onlar Vətən yolunda düşünmədən qəhrəmancasına ölümə doğru gedirdilər. Amma onların potensialını realizə edən, onlara düzgün yol göstərən, onların gücündən sui-istifadə etməyən rəhbər, lider yox idi. Bax, bu rəhbərsizlik, lidersizlik problemi o dövrün gəncliyini ümidsizliyə məhkum etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə başlayan Qurtuluş missiyası Azərbaycan gəncliyinin taleyində də inqilabi dönüş yaratdı.Gənclərimiz müdrik Liderinin sayəsində həm himayədar və qayğıkeşini tapdı, həm də ona düzgün yol göstərən, onu ümidsizlikdən xilas edən bir şəxsiyyət gördü. Azərbaycan gəncliyini, o cümlədən Yevlax gəncliyini bu gün qürurlandıran əsas səbəb onun Zəfər gəncliyi olmasıdır.Tarixi vəzifəsini, milləti və dövləti qarşısında borcunu böyük ləyaqət və vicdanla yeninə yetirən gəncliyimiz möhtəşəm qələbənin müəllifi oldu. Bugünkü Azərbaycan gəncləri Prezident İlham Əliyev dövrünün yetişdirdiyi vətənpərvər, məsuliyyətli gənclərdir və onlar məhz cənab İlham Əliyevin Müzəffər Komandanlığı ilə Qarabağda və Şərqi Zəngəzurda şanlı Zəfər bayrağını dalğalandırmışdır. Dövlət başçımızın davamlı qayğısı, himayəsi nəticəsində bu gün Azərbaycan gənclərinin səsi dünya miqyasında aydın eşidilir. Dünyanın ən yüksək səviyyəli təhsil müəssisələrindən beynəlxalq idman yarışlarına qədər hər yerdən Azərbaycanlı gənclərin adı səslənir.
Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan işlər Ulu Öndərin irsinə ümummilli ehtiramı daha da artırır, onun əbədiyaşarlığını təmin edir. Xalqımızın böyük ümid mənbəyinə, dayağına çevrilən Heydər Əliyev Fondunun timsalında Ulu öndər bu gün də yaşayır, sabah da yaşayacaq, Azərbaycan durduqca var olacaq.
Sonda Anar Tağıyev Azərbaycan gənclərini ürəkdən təbrik edərək onlara sağlam və xoşbəxt gələcək arzu etmişdir.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev özünün mənalı və şərəfli ömrünü Azərbaycan xalqının və ölkəmizin maraqları naminə həsr edən dahi Heydər Əliyevin müdrik və praqmatik siyasətindən, Ulu öndərin əvəzsiz tarixi xidmətləri çərçivəsində Azərbaycan gəncliyinə verdiyi böyük töhfədən geniş və məzmunlu söhbət açaraq, qeyd etdi ki, bu gün Ölkə Prezidenti, Partiyamızın cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirir. Möhtərəm Prezidentin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən biri məhz gənclərə göstərilən xüsusi diqqət və qayğıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib. Qeyd edilib ki,tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.
Sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Vətən Müharibəsi veteranı Hikmət Kazımlı müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu, müasir gəncliyin ölkəmizin hərtərəfli inkişafına öz nümunəvi fəaliyyətləri ilə əvəzsiz töhfə verdiyini diqqətə çatdırmış, bu əlamətdar gün münasibəti ilə bir araya gəlmiş yevlaxlı gənclərə səmimi təbriklərini çatdırıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş və dövlətimizin başçısı İlham Əliyev cənabları tərəfindən davam etdirilən gənclər siyasətinin ölkənin gəncləri üçün geniş imkanlar açıb. Azərbaycan gəncliyi böyük qüvvə kimi dəyərləndirməklə onlara göstərilən hərtərəfli diqqət və yüksək etimadı fəaliyyətlərində yeni-yeni uğurlar qazanmaqla doğruldur və şanlı bayrağımız bu gün beynəlxalq kürsülərdə qürurla dalğalanır. “ 2 Fevral-Azərbaycan Gəncləri Günü”-nə həsr edilən videoçarx nümayiş etdirildi.
Tədbir çərçivəsində rayonumuzun təhsil, mədəniyyət, səhiyyə, rabitə, idman, bütövlükdə ictimai-siyasi həyatında yaradıcılığı və yüksək fəallığı ilə seçilən bir qrup gəncə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuş və qiymətli hədiyyələr verilmişdir.