Yevlaxda 2 fevral - Gənclər Günü münasibətilə növbəti tədbir keçirilib
03 fevral 2023 | 12:25
Yevlaxda 2 fevral - Gənclər Günü münasibətilə növbəti tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax rayon şöbəsi və Yevlax Şəhər Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu Öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi.
Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarının böyük əksəriyyətini gənclər təşkil edir. Şaxtaya, soyuğa, qara baxmayaraq, etiraz aksiyasına qatılan iştirakçıların böyük əksəriyyətini gənclər təşkil edir. Bütün Azərbaycanın ürəyi hazırda Laçın yolunda döyünür. Onlar böyük əhvali-ruhiyyə ilə öz haqlı tələblərini dünyaya bəyan edirlər. Könüllü gənclər və ekoloqlarımız etiraz aksiyasında Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər. Gün keçdikcə daha çox könüllü gənclərimiz aksiyaya qoşulurlar. Xüsusilə də Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı aksiya iştirakçılarına dəstək olaraq dediyi – “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər” sözləri məhz Azərbaycan könüllülərinə, gənclərə böyük motivasiya verib, qürur və fəxr hissi yaşadıb. Azərbaycan xalqı gecə-gündüz şaxtalı-qarlı havada orada öz haqlarını tələb edən gənclərlə fəxr edir.
İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov çıxış edərək gəncləri təbrik etdi və qeyd etdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərin ə biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2- də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir.
Daim Azərbaycan gənclərinin yanında olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri rəğbətləndirilməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşadır.
Sevindirici haldır ki, ötən dövrdə gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, yağı düşmənin əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə ölkə Prezidentinə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Daha sonra Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli çıxış edərək gəncləri təbrik etdi, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin çiyinləri üzərində qurulacaqdır!” dahi fikrinin bu gün ölkəmizdə reallığa çevrildiyinin şahidi oluruq və Ümummilli Liderin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır.Həyatımızın bütün sahələrində Ulu öndər siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz, cənab İlham Əliyev Azərbaycanda gənclər siyasətini dövlətin ən prioritet sahəsi kimi dəyərləndirir. Fəxrlə qeyd etmək istəyirəm ki, Yevlaxlı gənclər də cənab Prezidentin gənclərə etimadını doğrultmaq üçün səylə çalışırlar. Onlar rayonumuzun ictimai-siyasi, abadlıq-quruculuq işlərində fəal iştirak edir, idman sahəsində uğurlar qazanırlar. Ölkəmizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, yeniyetmə və gənclərin Milli Ordu sıralarında qulluq etməyi özlərinə şərəf duyurlar.
Sonda faəliyyətlərinə görə fərqlənən bir qrup rayon gəncinə Fəxri Fərmanlarlar təqdim edildi.