Yevlaxda 2 fevral-Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib
02 fevral 2026 | 17:04
Yevlaxda 2 fevral-Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Yevlax şəhərindəki “Green Garden” restoranında 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Mədəniyyət İşçilər Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin rəhbəri Seymur Novruzov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə gənclər və idman sektorunun müdiri Samir Kərimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, vətən müharibəsi veteranları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin qabaqcıl gəncləri iştirak etmişlər
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək,abidənin önünə gül dəstələri düzmüş,Dahi Şəxiyyətin müqəddəs ruhuna ehtiramlarını ifadə ediblər. Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla anılıb.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov çıxışlarında gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək qeyd ediblər ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərimizə qayğı və dəstəyin göstərilməsinin əsası Ulu Öndərin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verməklə bərabər onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Tədbirdə iştirak edən Yevlax gəncləri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə əyləncəli viktorinalar keçirilmiş, rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gəncə Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələr təqdim olunmuşdur.






