Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 18 Oktyabr–Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib

17 oktyabr 2026 | 12:24
Yevlaxda 18 Oktyabr–Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr–Müstəqilliyinin Bərpası Günü münasibətilə “Azərbaycanın müstəqilliyi daimidir, sarsılmazdır” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı və onun uzaqgörən siyasəti ilə sıx bağlıdır. Bu müdrik dövlətçilik kursunu yeni əsrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regional güc mərkəzinə və qüdrətli bir dövlətə çevirmişdir. Qeyd edilib ki, bu gün müstəqil və suveren Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü liderliyi ilə daha işıqlı və zəfərlərlə dolu bir gələcəyə doğru inamla addımlayır.
Yevlax Dəmiryolu Stansiyasının rəisi Kamil Səfərov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Yevlax şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Xədicə İbrahimova, Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin Sudan İstifadə şöbəsinin müdiri Amil Ağayev və Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi Rövşən Musayev çıxış edərək müstəqillik tariximizin əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin dühası sayəsində qorunub saxlanılan müstəqilliyimiz bu gün Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Qazanılan tarixi Zəfərlər və ölkəmizin tam suverenliyinin bərpası bu müstəqilliyin əbədi və sarsılmaz olduğunun ən bariz sübutudur.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Keçidlər