Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 18 Avqust- Sərhəd Qoşunlarının yaranması gününə həsr edilmiş tədbir keçirilmişdir

18 avqust 2024 | 10:32
Yevlaxda 18 Avqust- Sərhəd Qoşunlarının yaranması gününə həsr edilmiş tədbir keçirilmişdir
Yevlax rayonunda dislokasia edilmiş Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə 18 Avqust-Sərhəd Qoşunlarının yaranmasının 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, “N” saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Elvin Rzayev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev və hərbi hissənin şəxsi heyəti iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başladığını, Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərdiyini bildiriblər. Çıxışçılar qeyd ediblər ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi. Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb. DSX-nin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl qəhrəmanlıq və şücaət nümayiş etdirdi.Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı. Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil edilib.
“N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Elvin Rzayev çıxış edərək qonaqları salamlamış və bildirmişdir ki, ordumuz, o cümlədən sərhədçilərimiz Vətənin keşiyində əzmlə durublar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, komandanlığı altında qarı düşmən çökdürülüb, darmadağın olunub.Düşmənin bütün hərəkətləri tam nəzarətimiz altındadır.Hərbçilərimiz üçün hərbi hissələrdə, postlarda hər cür şərait yaradılıb. Ən müasir hərbi ləvazimatlar sərəncamımızdadır.Müntəzəm keçirilən təlimlər ordumuzun döyüş qüdrətini get-gedə daha da artırır. Elvin Rzayev onlara göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Keçidlər