Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü qeyd olundu

15 iyun 2024 | 14:54
Yevlaxda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü qeyd olundu
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 17 iyun-Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon Mərkəzi Xəstəxanası–publik hüquqi şəxsin rəhbərliyi və tibb işçiləri iştirak ediblər.
YAP Yevlax rayon təşkilatında keçirilən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Çıxışının davamında E.Əzizova Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən başlayaraq ölkəmizdə səhiyyənin inkişafı sahəsində bir sıra mühüm islahatların həyata keçirildiyini, müstəqillik illərində müasir xəstəxana binalarının tikilərək istifadəyə verildiyini və müasir səhiyyə infrastrukturunun yaradıldığını, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət yetirildiyini, əhalinin sağlamlığının qorunmasının dövlətin əsas prioritet sahələrindən biri olduğunu tədbir iştirakçılarının diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Möhtərəm Prezidentimiz, Müzə diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov çıxış edərək səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır.
Tədbirdə çıxış edən səhiyyə işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Rayonda səhiyyənin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə bir qrup tibb işçiləri Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.
Keçidlər