Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir

17 iyun 2023 | 13:38
Yevlaxda 17 iyun-Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək onlara bu çətin işlərində uğur və müvəffəqiyyətlər arzuladı. Həmçinin bildirdi ki, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalaması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyə sahəsinin inkişafının əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin səhiyyəyə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində müşahidə olunan inkişaf, həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsi kimi Azərbaycanın səhiyyəsi dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevrilmişdir. O çıxışını davam etdirərək bildirdi ki, Azərbaycanın Şanlı Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində həkimlərimiz həm ön, həm də arxa cəbhədə əsgər və zabitlərimizin, eləcə də yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fədakarlıq nümayiş etdirdilər. 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Onların bu qəhrəmanlığı hər birimizin yaddaşında əbədi qalacaq.
Daha sonra çıxış edən “Yevlax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin direktoru Fazil İsmayılov qeyd etdi ki, Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tədbirin sonunda bir qrup tibb işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.
Keçidlər