Yevlaxda 16 Mart- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunmuşdur
15 mart 2025 | 12:21
Yevlaxda 16 Mart- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunmuşdur
Tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin rəisi polkovnik leytenant Teyyub Hüseynov, regional idarənin əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, dahi Şəxsiyyətin ruhuna öz ehtramlarını bildirmişlər.
Daha sonra tədbir Regional idarənin inzibati binasında davam etdirilmişdir. Tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. öz ehtramlarını bildirmişlər.
Tədbirdə çıxış edən regional İdarənin rəisi polkovnik-leytenant Teyyub Hüseynov onlara hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi. Xidmətin yaranma tarixi haqqında qısa məlumat verdi. Hər zaman dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmət edəcəklərini bildirmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev əməkdaşları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda peşə bayramları münasibətilə regional idarənin xidmətdə fərqlənən bir qrup əməkdaşı Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.