Yevlaxda "15 Sentyabr-Bilik Günü" qeyd edilmişdir
15 sentyabr 2025 | 12:07
Yevlaxda "15 Sentyabr-Bilik Günü" qeyd edilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni dərs ilinin başlaması ilə əlaqədar Yevlax rayonu üzrə 55 ümumtəhsil müəssisəsində "15 sentyabr - Bilik Günü" münasibətilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Yevlax rayonu üzrə Təhsil sektorunun məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, valideyinlər və şagirdlər iştirak etmişlər.
Tədbirlər zamanı çıxış edənlər ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü layihələrdən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmış, “Bilik günü” münasibətilə məktəb kollektivlərini təbrik etmişlər.
Çıxış edən müəllim, şagird və valideyinlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.






