Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “15 sentyabr-Bilik günü” münasibətilə tədbirlər keçirilib

15 sentyabr 2023 | 14:10
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, Başçının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və Aparatının məsul əməkdaşlarının, Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsi veteranlarının iştirakı ilə rayonun ümumtəhsil məktəblərində “15 sentyabr -Bilik günü” nə həsr edilmiş tədbirlər keçirilmişdir.
Tədbirlərdə çıxış edənlər müəllim kollektivi və şagirdlər yeni dərs ili münasibətilə ürəkdən təbrik edərək, onlara uğurlar arzulayıblar.
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Yevlax rayonunda da ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunmuşdur. Dərslərdə iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri vurğulayıblar ki, ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da uğurla davam etdirilməkdədir. Bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasəti Möhtərəm Prezidentimiz , Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqəti və uzaqgörən siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Respublikamızda tikilən və əsaslı təmir edilən təhsil ocaqları ölkəmizdə təhsilin inkişafına müstəsna təsir göstərir, milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsi işinə mühüm töhfələr verir.
Tədbirlərdə qeyd edilib ki,dövlətimizin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı onu deməyə əsas verir ki, bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcək və təhsil sahəsinə öz layiqli töhfəsini verəcəklər.
Keçidlər