Yevlaxda 15 May-Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilmişdir
15 may 2025 | 13:50
Yevlaxda 15 May-Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 May-Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Yevlax Gənclər Məkanında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yevlax rayonundan olan ailələr və gənclər iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxşında bildirmişdir ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayon ağsaqqqallar şurasının üzvü Qənimət Qaraşov, Yevlax rayon Nemətabad kənd tam orta məktəbinin direktoru Ruslan Abbasov, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev , Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, şəhər 2 saylı tam orta məktəbin müəllimi Jalə Həsənova çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ailə siyasətinin formalaşmasının, ailə dəyərlərini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizə sədaqəti, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyətinin görüş iştirakçılarının diqqətinə çatdıblar. Həmçinin qeyd ediblər ki, bu gün ölkəmizdə gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün kifayət qədər qanunlar, normativ aktlar və hüquqi baza mövcuddur. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha uğurla hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılmışdır.