Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 15 may-Beynəlxalq Ailə Günü qeyd edilib

15 may 2026 | 18:01
Yevlaxda 15 may-Beynəlxalq Ailə Günü qeyd edilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 15 may–Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, uzunömürlü və nümunəvi ailələr, ziyalılar, gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ailənin cəmiyyətin əsas dayağı olduğunu bildirib, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır və sağlam ailə mühiti cəmiyyətin inkişafında mühüm rol oynayır.
Daha sonra çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov Azərbaycan ailə modelinin hər zaman yüksək mənəvi dəyərlərə söykəndiyini bildirib. O, ailədə qarşılıqlı hörmətin, böyüklərə ehtiramın və gənclərin milli ruhda tərbiyəsinin əhəmiyyətindən danışaraq, belə tədbirlərin ailə dəyərlərinin təbliği baxımından xüsusi önəm daşıdığını qeyd edib.
Digər çıxış edən natiqlər ailə dəyərlərinin qorunmasının, milli-mənəvi ənənələrin yaşadılmasının və sağlam ailə institutunun formalaşdırılmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb, həmçinin Azərbaycan ailəsi hər zaman öz möhkəmliyi, qarşılıqlı hörmət və qayğı prinsipləri ilə seçildiyini bildiriblər.
Tədbirdə nümunəvi ailələrin həyat təcrübələri dinlənilib, ailə institutunun cəmiyyətdəki rolu barədə fikir mübadiləsi aparılıb.
Keçidlər