Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib

13 iyun 2023 | 15:27

Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib
Yevlaxda “Heydər Əliyev ili” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildiriblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Yevlax Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev konfransı giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusudur. Dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinin qarşısında, sözün böyük anlamında, səcdə ediblər. Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Bu gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildiyi, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixindən 30 il ötür. Bu o tarixdir ki, həmin gün Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikanı bürüyən ictimai-siyasi böhranı aradan qaldırdı və ölkəmizdə inkişafın təməlini qoydu. Ulu Öndərimizin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişi xalqın sabaha olan inamını özünə qaytardı, ölkəmizdə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyət sürətləndi, “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycan xarici siyasətdə böyük uğurlara imza atdı, informasiya sahəsində blokadadan çıxmağa nail oldu.
Şəhər rəhbəri qeyd etdi ki, Ulu Öndərin əsasını qoyduğu məqsədyönlü siyasət onun davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezidentin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən savaşında 30 illik həsrətə son qoydu, işğal altındakı torpaqlarımız geri qaytarıldı. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər Ulu Öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun davamının nəticəsidir. Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bununla da Ulu Öndərimizin arzuları həyata keçib.
Milli Məclisin deputatı İlham Məmmədov,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Kövər kənd tam orta məktəbin direktoru Sevda Kərimova çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilas günü olduğunu bildirdi. Qeyd etdilər ki, Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə davam edən hərc-mərclik və qarşıdurmasəngidi, respublikamız vətəndaş müharibəsindən, qardaş qırğınından və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu,Onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.Heydər Əliyevin ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu. Çıxışçılar həmçinin Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd etdilər.
Konfransda Ulu Öndərin zəngin həyatının, siyasi fəaliyyətinin müxtəlif anlarını özündə əks etdirən sərgi və film nümayiş etdirilib.
Sonda Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlar Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kompozisiyalar ifa etdilər.

Keçidlər