Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 12 noyabr - Konstitusiya Gününə həsr edilmiş “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda seminar keçirilib

06 noyabr 2023 | 15:13
Seminarda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon Prokurorunun müavini Emil Qurbanov, Yevlax rayon Məhkəməsinin, Rayon Polis şöbəsinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, ziyalılar, müharibə veteranları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən geniş bəhs edən məruzə ilə çıxış edərək, qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Ümummilli Liderimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət bütün sahələrdə olduğu kimi hüquqi mexanizmin yaradılması, demokratiyanın mövcudluğu kimi xüsusi məsələlərə də öz müsbət təsirini göstərmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş Azərbaycanın Konstitusiyasında böyük Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunmasına nail olmuşdu. Məhz bu misilsiz xidmətlərinə görə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmağa başladı. Qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yarandı. Konstitusiyada hakimiyyət bölgüsü – ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti bərqərar olundu. Güclü dövlət mexanizmi yaradıldı. Tədbir iştirakçılarını tarixi günlərimiz münasibətilə ürəkdən təbrik edən Vidadi Murtuzayev vurğulayıb ki, bu gün qürurlanırıq ki, Azərbaycan Prezident, dahi Öndərin ideyalarına sadiq şəxsiyyət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə ərazi bütövlüyünü tam şəkildə təmin edən, Zəfər bayramını təntənə ilə qarşılayan, qüdrətli və sarsılmaz dövlətə çevrilib.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Biz həqiqətən xoşbəxt nəslin nümayəndələriyik ki, Vətənimiz Azərbaycan hazırda Zəfər yolunda möhtərəm Prezidentimizin praqmatik siyasəti ilə xoşbəxt və firavan gələcəyə doğru inamla addımlayır.
YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Ulu Öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Ulu öndərimizin müəllifi olduğu müstəqil Azərbaycanın Konstitusiyası keçmiş sovet konstitusiyalarından fərqli olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Bu gün şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Hər birimiz fəxr edirik ki, hüquqi,demokratik, müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi Ulu Öndər siyasi irsinin layiqli davamçısı,Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında Şanlı Tarix yazmışıq! Azərbaycanın Zəfər Zirvəsini fəth etməsi bir daha bütün dünyaya sübut etdi ki, dahi Heydər Əliyevin milli maraqlarımız naminə hesablanmış ideyaları bu gün yaşayır, gələcəkdə də yaşayacaqdır. Sonra tədbirdə çıxış edənlər Yevlax rayon Prokurorunun müavini Emil Qurbanov, Yevlax rayon Polis şöbəsinin əməkdaşı Səddam Əsgərov vurğulayıblar ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”. Qeyd edilib ki, Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Keçidlər