Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 10 Mart – Milli Teatr Günü münasibətilə tədbir keçirilmişdir

09 mart 2024 | 14:20
Yevlaxda 10 Mart – Milli Teatr Günü münasibətilə tədbir keçirilmişdir
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yevlax şəhər Mədəniyyət Mərkəzinin Filialı Şəhər Yaradıcılıq Evinin direktoru Zöhrə Adgözəlova, B.Səfəroğlu adına Xalq teatrının və “Kukla” Xalq teatrının yaradıcı heyəti iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bu günün tarixindən bəhs edərək bildirmişdir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında bütün dövrlərdə daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, Möhtərəm Prezidentimizin bilavasitə təşəbbüsü ilə ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. Ölkə Rəhbərinin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə ölkəmizdə milli mədəniyyətin inkişafında , ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi sənət adamlarına diqqət və qayğının bariz nümunəsidir.
Yevlax şəhər Mədəniyyət Mərkəzinin Filialı Şəhər Yaradıcılıq Evinin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova və digər çıxış edən mədəniyyət işçiləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Sonda bir qrup mədəniyyət işçisi Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər.
Keçidlər