Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 10 Mart – Azərbaycan Milli Teatr Günü münasibətilə tədbir keçirilmişdir

10 mart 2023 | 14:37
 
Yevlax Şəhər İcra Hakimiyyətində Milli Teatr Günü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin filialı olan Şəhər Yaradıcılıq Evinin Xalq Teatrlarının kollektivi ilə görüş keçirilib.
Görüşdə Bərdə Regional Mədəniyyət İdraəsinin rəis vəzifəsini müvəqqəti icra edəın Səxavət Məmmədov da iştirak etmişdir. Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ilk öncə mədəniyyət sahəsinin işçilərini səmimi-qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırdı.
Şəhər rəhbəri qeyd edib ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.Hər il onlarla istedadlı sənət adamlarını təltif edən, onları Prezident təqaüdçüsü elan edən, eləcə də hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Dövlətimizin göstərmiş olduğu xüsusi diqqət sayəsində inanırıq ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır.
Şəhər Yaradıcılıq Evinin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Zöhrə Adgözəlova, Şəhər Mədəniyyət Mərkəzinin direktoru “Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev çıxış edərək mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər