Yevlaxda 1 Oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlı insanlar ziyarət olunub
03 oktyabr 2026 | 12:22
Yevlaxda 1 Oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlı insanlar ziyarət olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən keçirilən ziyarətlər zamanı rayonun müxtəlif yaşayış məntəqələrində yaşayan ahıl sakinlərlə görüşlər keçirilib, onların sosial-məişət vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb.Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı ahıl sakinlərə xoş arzular çatdırılıb, onların qayğı və problemləri dinlənilib. Bildirilib ki, dövlətimizin sosial siyasətində ahıl insanların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması xüsusi yer tutur. Yaşlı nəslin nümayəndələrinin zəngin həyat təcrübəsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, rayon ərazisində yaşayan ahıl vətəndaşların sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinə dəstək göstərilməsi və daim diqqətdə saxlanılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Səmimi görüşdən məmnunluqlarını ifadə edən ahıl sakinlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, dövlətimizin başçısına xoş arzularını çatdırıblar.
Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən bu cür görüşlər yaşlı nəslə hörmət və ehtiramın, onların sosial və mənəvi qayğılarının daim diqqətdə saxlanılmasının bariz nümunəsidir.






