Yevlaxda 1 noyabr-“Kənd təsərrüfatı işçiləri günü” qeyd olunmuşdur
01 noyabr 2025 | 11:44
Yevlaxda 1 noyabr-“Kənd təsərrüfatı işçiləri günü” qeyd olunmuşdur
Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin və rayonda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər qurumların rəhbərliyi və kollektivləri iştirak etmişlər.
Tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək dahi şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Komandanımız cənab İlham Əliyevin imzaladığı 9 oktyabr 2008-ci il tarixli 3073 nömrəli Fərmana əsasən hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.






