Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “1 mart - Ümumdünya Mülki Müdafiə günü”nə həsr edilmiş tədbir keçirildi

01 mart 2023 | 14:45
Yevlax Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “1 mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, rayonun idarə, müəssisələrinin məsul şəxsləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məcəlləsinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Hazırda Mülki Müdafiə Təşkilatına dünyanın 70-dən artıq ökəsi daxildir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının əhatə etdiyi dövIətlərdə məqsəd, dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlararası qarşılıqlı yardım təşkil etməkdir. İlqar Hüseynov həmçinin qeyd etdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi 1931-ci ilden başlayır. Belə ki, 1931-ci ilin mayından tibbi xidmət general fransız Jorj Sant-Pol Parisdə "Cenevrə regionu Assosiasiyası” təşkilatını yaratdi, bu təşkilat sonradan Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilir. 1966-cı ildə keçirilən Konfransda, Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan ölkələr, təşkilatlar beynəlxalq status almağa imkan verən Nizamnamənin mətnini qəbul etdilər. Nizamnamə təşkilata üzv olan ölkələrin birinci Baş Məclisinin qərarı ilə 1972-ci ilin martın 1-da qanuni qüvvəyə mindi. Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak etmişdir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının rəsmi yaranma günü "1 Mart Ümumdünya Mülki Müdafiə Günü", 1995-ci ildən başlayaraq hər il konkret bir mövzuya həsr olunmaqla, təşkilata üzv olan dövlətlərdə kütləvi tədbirlərin keçirilməsi təşkil edilir.
Sonra çıxış edən FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Elşən Bəşirov, FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti, baş leytenant Şəhriyar Məmmədov mülki müdafiə gününün önəmini vurğulayaraq İdarənin bu sahədə gördüyü işlərdən bəhs etdilər.
Keçidlər