Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur

31 may 2025 | 11:11
Yevlaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin, müharibə əlillərinin övladları üçün geniş bayram tədbiri keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev, şəhid övladları, müharibə əlillərinin övladları və valideyinlər iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışı zamanı uşaqların Ümummilli Lider Heydər Əliyevin daim diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırmış,bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilib” - sözləri dahi rəhbərin uşaqlara olan məhəbbətinin təzahürüdür. Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü aydın büruzə verir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunmuşlar. Uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın böyük rolu vardır.
Bayram tədbirinin gedişində müxtəlif nağıl personojları tərəfindən kompazisiyalar təqdim edilib. Böyük coşqu ilə keçən bayram tədbiri balacaların qəlbində sevinc, üzündə təbəssüm yaratmış, ifa edilən musiqilər, səsləndirilən mahnılar uşaqlara xoş hisslər bəxş etmişdir.
Sonda Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Tədbirdə iştirak eden şəhid ailələrinin üzvləri, qazilər göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
 
Keçidlər