Yevlaxda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə birlikdə şəhərdəki uşaq əyləncə parkında şəhid övladları üçün
1 iyun Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilmiş “Dünya gülüşünüzlə bəzənsin” adlı tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov iştirak etmişlər.
İlk öncə Parkın həyətində uşaqların hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilmişdir. Daha sonra uşaqlar üçün musiqili və əyləncəli proqram təşkil olunmuşdur. Maraqlı keçən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan yaradıcılıq kollektivlərinin şagirdlərinin ifasında gözəl mahnılar səsləndirilmiş, rəqs nömrələri nümayiş olunmuş, şən klounlar çıxışları ilə uşaqları əyləndirmişlər.
Sonda tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr təqdim edildi.