Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

01 iyun 2026 | 19:18
Yevlaxda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və “Yevlax City Hotel” in birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri təşkil olunub.
“Yevlax City Hotel” də təşkil olunan bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax City Hotel”in direktoru Ramin Kuruqliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Leyla Abdullayeva, şəhid, qazi övladları və onların ailə üzvləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Yevlax City Hotel” in direktoru Ramin Kuruqliyev çıxışlarında şəhid və qazi övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Çıxışlarda ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki,həmin siyasət bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir.
Çıxış edənlər dövlət tərəfindən vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və sağlamlıqlarını itirmiş qazilərin ailələrinə göstərilən diqqət və qayğının davam etdirildiyini bildirmiş, uşaqların xoşbəxt və firavan gələcəyinin təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişlər.
Tədbir çərçivəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən uşaqlar üçün maraqlı əyləncə proqramı, musiqi nömrələri və Şən klounlar tərəfindən məzəli çıxışlar müxtəlif oyunlar təqdim edilib. Bayram ab-havasında keçən tədbir iştirakçılara xoş anlar yaşadıb, uşaqların sevinc və təbəssümü tədbirə xüsusi rəng qatıb.
Sonda şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub. Şəhid ailələrinin üzvləri, qazilər onlara göstərilən diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər