Yevlaxda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər davam etdirilib
01 iyun 2026 | 20:23
Yevlaxda 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər davam etdirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş növbəti tədbir Şəhər Yardıcılıq Evində keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Leyla Abdullayeva, təhsil, mədəniyyət işçiləri və şagirdlər iştirak ediblər.
Tədbirdə əvvəlcə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin və körpələr evi-uşaq bağçalarının körpə fidanlarının ifasında şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri nümayiş etdirilib.
Sonda Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub.






