Yevlaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin, müharibə əlillərinin övladları üçün bayram tədbiri keçirilmişdir
01 iyun 2024 | 14:52
Yevlaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid ailələrinin, müharibə əlillərinin övladları üçün bayram tədbiri keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhid ailələrinin, müharibə əlillərinin övladları və onların valideynləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldığı vurğulanıb, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu,həmin siyasətin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, bu sahədə müxtəlif layihələrin həyata keçirildiyi qeyd olunub. Həmçinin Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən uşaqların inkişafı, sağlamlığı və təhsili istiqamətində həyata keçirilən müxtəlif genişmiqyaslı layihələrdən bəhs edilmişdir.
Tədbir Yevlax Şəhər Yaradıcılıq Evinin nəzdində fəaliyyət göstərən Kukla Xalq Teatrının aktyorlarının nümayiş etdirdikləri tamaşa, şən klounların bir-birindən maraqlı nömrələri, ifa edilən musiqilər uşaqlara xoş əhval ruhiyyə bəxş etdi. Sonda uşaqlara hədiyyələr təqdim olundu.