Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 03 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

02 dekabr 2023 | 14:54
Yevlaxda 03 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Eleonora Məmmədova, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini-baş həkim Gülağa Əzizov, Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Yevlax Şəhər Komitəsinin sədri Azadə Şərifova, Vətən müharibəsi qaziləri, fiziki məhdudiyyətli şəxslər iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova 3 Dekabr - Beynəlxalq Əlillər Gününün Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunduğunu vurğulayaraq, əlillərə daim dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini diqqətə çatırıb.Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əlillər gününün qeyd edildiyini, əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim güclənən sosial siyasət kursunda əlilliyi olan şəxslərin sosial müdafiəsinin mühüm yer tutduğunu vurğulayıb.
Həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Eleonora Məmmədova, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini-baş həkim Gülağa Əzizov dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışaraq bildiriblər ki, əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur.
Tədbirdə iştirak edən əlillər çıxış edərək ölkədə əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyi, dövlət tərəfindən hər zaman onların diqqət mərkəzində saxlanıldığını vurğulayaraq onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər