Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 02-iyul Polis işçilərinin peşə bayramı qeyd edildi

30 iyun 2023 | 12:54
Yevlaxda 02 iyul Polis işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstləri qoydular və xatirəsinə öz ehtiramlarını bildirdilər
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Rayon Polis Şöbəsinin əməkdaşları və polis veteranları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, Polis Polkovniki Elnur Mehdiyev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına işlərində uğurlar arzuladı. O, qeyd etmişdir ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini şəxsi heyətə çatdırmışdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək 02-İyul Azərbaycan Polisi günü münasibətilə Polis əməkdaşlarına təbriklərini çatdırdı. Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açaraq bildirdi ki, 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Həmin tarixdən bu günə qədər şərəfli yol keçən asayiş keşikçiləri böyük uğurlar əldə edib. Şəhər rəhbəri qeyd etmişdir ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə Ölkəmizdə “Heydər Əliyev ili” elan edildiyini,bugünki tədbirin “Heydər Əliyev ili”ndə qeyd edilməsinin xüsusi önəmini vurğuladı. Ulu Öndərin Azərbyacn Polisinin inkişafındakı misilsiz rolundan danışaraq bildirdi ki,Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük naliyyətlər qazandığı 1970-1980-ci illəri daxili işlər orqanları üçün əhəmiyyətli mərhələ kimi səciyyələndirmək olar. Həmin dövrdə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Sonrakı illərdə bu proses davam etdirilmiş və Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladağı fərmanla iyulun 2-i Azərbaycanda Polisi Günü kimi qeyd edilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Silahlı Qüvvələrimizin ayrılmaz tərkib hissəsi olan daxili işlər orqanlarının əməkdaşları 44 günlük Vətən Savaşında ilk gündən Müzəffər Ali Baş Komandanın mübariz əsgərlərinə çevrildilər. Bütün cəbhə boyu şücaətlə döyüşdülər, Qarabağın azadlığı üçün şəhid oldular. Onların ruhunu hörmətlə anırıq və onunla təsəlli tapırıq ki, onların müqəddəs qanı hopmuş Şanlı bayrağımız indi bütün Qarabağ üzərində dalğalanır.
Tədbirdə Yevlax rayon prokuroru, Baş ədliyyə müşaviri Ceyhun Almasov, DTX-nin Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, polis veteranı Şəmşir Vəliyev çıxışlarında polis əməkdaşlarını təbrik edərək, Azərbaycan polisinin keçdiyi tarixi yol bugünkü nəsil üçün örnək olduğunu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmaz olduğunu bildirdilər.
Tədbirin sonunda xidmətlərində fərqlənən bir qrup polis əməkdaşları Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundular.
Keçidlər