Yevlaxa bu il ilk qar yağıb
23 fevral 2025 | 12:03
Yevlaxa bu il ilk qar yağıb
Gecədən yağmağa başlayan qar park və xiyabanları ağ örpəyə bürümüşdür, şəhərimiz sanki qış nağılını xatırladır. Qarın yağması xüsusilə uşaqların sevincinə səbəb olmuşdur.Parklarda, məhəllələrdə uşaqlar qardan müxtəlif fiqurlar düzəldir, qartopu oynayırlar.