Yevlax və Tanrıqulular bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fəaliyyət göstərən fermerlərlə maarifləndirici görüşlər keçirilib
21 avqust 2026 | 15:24
Yevlax və Tanrıqulular bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fəaliyyət göstərən fermerlərlə maarifləndirici görüşlər keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Yevlax rayonunun Yevlax və Tanrıqulular bələdiyyələrinin inzibati ərazilərinə aid kəndlərdə fəaliyyət göstərən fermerlərlə növbəti maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.
Görüşlər zamanı kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, müasir aqrotexniki üsulların tətbiqi, məhsuldarlığın yüksəldilməsi və istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.






