Yevlax ŞİH-də “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi” mövzusunda tədbir keçirilib
Yevlax ŞİH-də “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi” mövzusunda tədbir keçirilib
Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi ” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin Hüquq şöbəsinin müdiri, etik müvəkkil Vidadi Murtuzayev “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli 352-IIIQ nömrəli Qanununun müddəalarına toxunaraq bildirdi ki, qeyd olunan Qanunun əsas məqsədləri dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi ibarətdir.
Tədbir zamanı bildirildi ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı, etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir. Bununla əlaqədar olaraq Agentliyin rəhbərliyi tərəfindən əməkdaşların etik davranış qaydalarına əməl etməsinə ciddi nəzarət edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırıldı.