Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərinin Zərdabi küçəsinə yeni asfalt örtüyü vurulub

11 sentyabr 2023 | 20:22
Yevlax şəhərinin Zərdabi küçəsinə yeni asfalt örtüyü vurulub
Yevlaxda həyata keçirilən geniş abadlıq-quruculuq tədbirləri çərçivəsində yeni parklar salınır, təmir edilir, məhəllələr abadlaşdırılır, şəhərin küçə və prospektləri, məhəllə daxili yollar təmir edilir, yeni işıqlandlrma sistemləri quraşdırılır. Görülən işlər çərçivəsində sakinlərin rahat gediş gəlişini təmin etmək üçün növbəti küçəyə, Zərdabi küçəsinə yeni asfalt örtüyü salınıb. Eni 9,5 metr olan küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri zamanı köhnə asfalt örtüyü frezlənib, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, yararsız səki daşları yenilənib, küçəyə yeni asfalt örtüyü döşənib. Bundan başqa küçədə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri qurulub, təmirə ehtiyacı olanlar isə bərpa olunub. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülüb.
Qeyd edək ki, şəhərin mərkəzi və məhəllədaxili küçələrinin, təmirsiz yolların asfaltlanması işləri mərhələli şəkildə davam etdiriləcək.
Görülən işləri böyük rəğbətlə qarşılayan sakinlər bütün bunlara görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Keçidlər