Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində işlər surətlə davam etdirilir

15 iyul 2024 | 16:18
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində işlər surətlə davam etdirilir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən Yevlax şəhərinin su kanalizasiya sistemləri yenidən qurulur.
Layihənin icrası çərçivəsində hazırda Şəhərin Nizami prospektindən Çənlibel yaşayış massivinədək 280 mm-lik hdp su borusu ilə 582 metr uzunluğunda Füzuli küçəsi boyunca su xətti çəkilir. İşlər sona çatdıqdan sonra şəhərin Çənlibel yaşayış massivi və ətraf ərazilərdə fasiləsiz içməli su ilə təmin olunacaqlar.
Layihənin sonrakı mərhələsində şəhərin digər küçələrinə magistral su xəttindən ayrı-ayrı xətllər çəkilməsi planlaşdırılır.
Sakinlər görülən işlərdən razılıqlarını bildirərək görülən işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər