Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir

31 may 2023 | 11:51
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən Yevlax şəhərinin su kanalizasiya sistemləri yenidən qurulur. İlkin mərhələdə Yevlax şəhərinin sutəmizləyici qurğular kompleksinin inşası həyata keçirilir. Layihəyə uyğun olaraq 1250 kubmetrlik 2 su anbarının, xam su nasos stansiyasının, əks yuma stansiyasının, filtr və kimya binalarının, su anbarı siyirtmə otağının, iki ədəd dinamik qarışdırıcı mikserin, iki ədəd sərfölçmə kamerasının, paylayıcı kameranın, ara hovuzunun, yeddi ədəd siyirtmə otağının və sair inşası həyata keçirilib. Sutəmizləyici qurğular sutkada 20 min kubmetr suyun təmizlənərək yeni inşa edilmiş iki ədəd su anbarına ötürmək gücünə malikdir. Qurğunun digər qurğulardan üstün cəhəti ondan ibarətdir ki, Kür çayından xam su götürüldükdən sonra sudurulducu hovuzlara ötürüləcək. Su burada çökdürüldükdən sonra filtr və kimya binalarına, oradan isə anbarlara ötürüləcək. Artıq layihə üzrə artıq şəhərə 2640 metr uzunluğunda 630-mm-lik yüksək təzyiqli polietilen borularla magistral su xəttinin çəkilişinə başlanılıb. Layihənin sonrakı mərhələsində şəhərin digər küçələrinə magistral su xəttindən ayrı-ayrı xətlər çəkiləcəkdir.
Sakinlər görülən işlərdən razılıqlarını bildirərək görülən işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Keçidlər