Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərinin müxtəlif ərazilərində iməcilik keçirilmişdir

15 mart 2025 | 16:46
Yevlax şəhərinin müxtəlif ərazilərində iməcilik keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Novruz bayramı ərəfəsində şəhərin müxtəlif ərazilərində iməcilik keçirilmişdir.
İməcliyin gedişində Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən prospekt və küçələrdə təmizlik işləri həyata keçirilmiş, parklardakı oturacaqlar rənglənmiş, dayanacaqlar yuyulmuşdur.
Şəhər ərazisində təmizlik işlərinin mütəmadi olaraq aparılması Şəhər İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.
Keçidlər