Yevlax Şəhərinin müxtəlif ərazilərində abadlıq-quruculuq işləri davam etdirilir
31 yanvar 2024 | 18:33
Yevlax Şəhərinin müxtəlif ərazilərində abadlıq-quruculuq işləri davam etdirilir
Yevlax şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Heydər Əliyev prospekti boyunca köhnəlmiş, yararsız hala düşmüş səki daşları, bardürlar sökülərək yeniləri ilə əvəz olunur.
Sonrakı mərhələdə bardürların arxasına münbit torpaq qatı tökülərək yaşıllıq zolağı yaradılacaq, ərazidə kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınacaqdır.