Yevlax şəhərinin Heydər Əliyev prospektində piyada səkiləri yenidən qurulur
25 oktyabr 2025 | 12:31
Yevlax şəhərinin Heydər Əliyev prospektində piyada səkiləri yenidən qurulur
Yevlax şəhərinin Heydər Əliyev prospektində abadlıq və quruculuq işləri davam etdirilir. Görülən işlər çərçivəsində Prospektin M.Ə.Sabir küçəsi ilə kəsişməsindən F.İsayev küçəsi ilə kəsişməsinədək olan hissəsindəki piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün nəzərdə tutulan səkilər yenidən qurulur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, şəhərin digər ünvanlarında da abadlıq-quruculuq işləri davam etdirilir.






