Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərinin Heydər Əliyev prospektində həyata keçirilən abadlıq quruculuq işləri davam etdirilir

29 noyabr 2023 | 15:21
Yevlax şəhərinin Heydər Əliyev prospektində həyata keçirilən abadlıq quruculuq işləri davam etdirilir
Yevlax şəhərində həyata keçirilən abadlıq və quruculuq işləri davam etdirilir, park və yaşıllıqlar salınır, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.
Görülən işlər çərçivəsində şəhərin Heydər Əliyev prospektində əsaslı şəkildə abadlıq-quruculuq, təmir işləri davam etdirilir. Belə ki, prospekt boyu sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün salınmış parkda işıq dirəkləri, oturacaqlar, idman qurğuları, uşaq meydançası quraşdırılır, müxtəlif növ yeni ağac və gül kolları əkilir.
Həyata keçirilən abadlıq-quruculuq təmir işləri sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır, bütün bu işlərə görə Möhtərəm Prezidentimiz ,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Keçidlər