Yevlax şəhərinin Baş planı müzakirə olundu
07 mart 2025 | 17:45
Yevlax şəhərinin Baş planı müzakirə olundu
Xəbər verildiyi kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yevlaxda vətəndaş qəbulu keçirib.
Qəbuldan sonra Komitə sədri Anar Quliyev Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevlə birlikdə Yevlax şəhərinin növbəti Baş Planının hazırlanması ilə bağlı aparılan hazırlıq işlərini müzakirə edərək, şəhərin davamlı inkişafının təmin edilməsi istiqamətində geniş fikir mübadiləsi aparmışlar.