Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərindəki Şəhidlər xiyabanında təmizlik işləri həyata keçirilmişdir

19 yanvar 2024 | 13:40
Yevlax şəhərindəki Şəhidlər xiyabanında təmizlik işləri həyata keçirilmişdir
1990-cı ilin 20 Yanvar günü milli birlik və vətənpərvərliyin simvolu olaraq Xalqımızın özünüdərk tarixinin mühüm dönüş nöqtəsi hesab olunur. Həmin tarixdən 34 il keçsə də, Azərbaycan xalqı müstəqilliyimiz, suverenliyimiz və azadlığımız uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər planına uyğun olaraq Şəhidlər xiyabanının ərazisində təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Həmçinin Xiyabandakı ağaclara və yaşıllıq sahələrinə qulluq göstərilmiş, ağacların dibi yumşaldılmış, qurumuş budaqları budanmış, yeni ağac və gül kolları əkilmişdir.
Keçidlər