Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhərindəki Sahil-Bulvar istirahət parkında həyata keçirilən əsaslı təmir işləri davam etdirilir

16 oktyabr 2024 | 18:25
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, çayın sağ sahilində dəmir konstruksiyalar üzərində quraşdırılmış Sahil-Bulvar istirahət parkında çayın səviyyəsinin tez-tez dəyişməsi ilə əlaqədar dəmir konstruksiyaların korroziyaya, beton örtüyün erroziyaya uğraması nəticəsində çökmələr baş vermiş, yaranmış vəziyyət sakinləri qane etmədiyi üçün onların mütəmadi olaraq yazılı, şifahi formada həm Şəhər İcra Hakimiyyətinə həm də müxtəlif qurumlara müraciətlər etməsinə səbəb olmuşdur.
Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilmiş, Nazirlik müraciəti yerində araşdıraraq İstirahət parkını təhlükəli və qəzalı ərazi kimi qiymətləndirilmişdir.
İstirahət parkında müxtəlif istirahət guşələrinin yaradılması, əyləncə qurğularının quraşdırılması, insanların istirahəti üçün lazımi şərait yaradılması nəzərdə tutulmuşdur. Bu məqsədlə parkın ərazisində iri miqyaslı təmir işlərinə başlanılmış, korroziyaya uğramış dəmir konstruksiyalar, erroziyaya uğramış beton örtüyü götürülərək ərazidən kənarlaşdırılmış,çökmüş hissələrə inşaat materialları daşınaraq bərkidilmiş, beton və tamet örtüyü vurulmuşdur. Hazırda parkın ərazisində həyata keçirilən iri miqyaslı təmir işləri surətlə davam etdirilir.
Keçidlər