Yevlax şəhərində yerüstü qaz xətləri polietilen qaz borularından ibarət yeraltı xətlərlə əvəzlənir
30 yanvar 2025 | 18:11
Yevlax şəhərində yerüstü qaz xətləri polietilen qaz borularından ibarət yeraltı xətlərlə əvəzlənir
Yevlax Şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət sahəsi tərəfindən əhali və qeyri-əhali qrupunun mavi yanacaqla dayanıqlı şəkildə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Belə ki, qaz itkisinin qarşısının alınması, əhalinin dayanıqlı şəkildə qazla təmin olunması məqsədilə tikinti norma, qaydalarına uyğun olmadan çəkilmiş yerüstü qaz xətləri 160 mm-lik polietilen qaz borularından ibarət yeraltı xətlərlə əvəzlənir. Hazırda qeyd olunan işlər şəhərin Nizami prospektində davam etdirilir.