Yevlax şəhərində növbəti ümumşəhər iməciliyi təşkil olunmuşdur
19 aprel 2025 | 16:16
Yevlax şəhərində növbəti ümumşəhər iməciliyi təşkil olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin təmizliyinin yüksək səviyyədə təmin edilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə növbəti ümumşəhər iməciliyi təşkil olunmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən iməcilik çərçivəsində şəhərin küçə və prospektlərində səki kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, parklarda, istirahət yerlərində oturacaqların, uşaq-oyun meydançalarının, dayanacaqların yuyulması həyata keçirilmiş, ictimai-iaşə, ticarət və digər obyektlərin qarşısı təmizlənərək səliqə-sahman yaradılmışdır.
Küçə və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulmuş, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmişdir.
Həmçinin texnikalar vasitəsilə şəhərin əsas küçə və prospektlərində 14-17 aprel 2025-ci il tarixlərində yağan güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənərək yuyulmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin təmiz saxlanılması və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədilə işlər bütün il ərzində davam etdiriləcəkdir.