Yevlax şəhərində növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
23 dekabr 2025 | 15:01
Yevlax şəhərində növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrində asfaltlanma işləri davam etdirilir.
Görülən işlər çərçivəsində uzunluğu 509, eni 14,9 metr olan Abbasqulu bəy Şadlinski küçəsinə giriş-çıxış yolları da daxil olmaqla 8104 kv metr yeni asfalt örtüyü salınmış və yol kənarları boyunca 951 p/metr bardür düzülmüşdür.
Qeyd edək ki, şəhərin küçələrinin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.






