Yevlax şəhərində növbəti küçəyə yeni asfalt örtüyü salınıb
19 oktyabr 2026 | 17:57
Yevlax şəhərində növbəti küçəyə yeni asfalt örtüyü salınıb
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçələrinin abadlaşdırılması, yol infrastrukturunun yaxşılaşdırılması və sakinlərin rahat hərəkətinin təmin edilməsi istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində şəhərin Fətəli xan Xoyski küçəsində asfaltlanma işləri həyata keçirilib.
Uzunluğu 509 metr, eni 14,9 metr olan küçəyə giriş-çıxış yolları da daxil olmaqla, ümumilikdə 8104 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınıb. Eyni zamanda, yol kənarları boyunca 951 poqonometr bardür düzülüb.
Görülən işlər küçənin yol infrastrukturunun yenilənməsinə, hərəkətin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də şəhərin ümumi görkəminin yaxşılaşdırılmasına xidmət edir.






